Müqavilələrin milli və beynəlxalq qanunvericiliyə uyğun tərtib edilməsi, ekspertizası, şifahi və yazılı rəylərin təqdim edilməsi;
Şirkətin təsis sənədlərinə dəyişikliklərin edilməsi və dövlət qeydiyyatına alınması üzrə sənədləşmənin həyata keçirilməsi;
Dövlət orqanları ilə danışıqların aparılması, işlərin təşkili və yekunlaşdırılması üçün sənədlər paketinin hazırlanması;
Hüquqi şəxsin fəaliyyətinin qanunvericiliyə uyğunlaşdırılması üçün bütün növ hüquqi sənədlərin tərtib edilməsi;
Şirkət fəaliyyətinin hüquqi auditinin keçirilməsi, şifahi və yazılı məsləhətlərin verilməsi;
Dövlət orqanları ilə mübahisələr, cərimə və maliyyə sanksiyaları üzrə inzibati şikayətlərin verilməsi və işin təqib edilməsi;
Səyyar, operativ və kameral vergi yoxlamalarında hüquqi müdafiə və uyğunsuzluq məktublarının cavablandırılması;
Sahibkarlıq fəaliyyəti üzrə hüquqi məsləhətlər, yazılı rəylər və dövlət orqanlarına rəsmi sorğuların göndərilməsi;
Debitor borcların tələb edilməsi üçün hüquqi məsləhət, sənədlərin hazırlanması və istintaq orqanları ilə danışıqların aparılması.