Vergi və mühasibatlıq sahəsində yaranmış suallarla bağlı şifahi və yazılı məlumatlandırılması;
Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta, əməkhaqqı, ezamiyyət və məzuniyyət məbləğlərinin hesablanması, bu barədə hesabat verilməsi və ödənişlərin həyata keçirilməsi;
Şirkətin vergi risklərinin müəyyən edilməsi və risklərin minimuma endirilməsi;
Vergi, DSMF, Statistika və məşğulluq bəyannamələrinin hazırlanması və elektron sistemə yüklənməsi;
İllik maliyyə və maliyyə vəziyyəti, mənfəət-zərər və balans, pul vəsaitlərinin hərəkəti haqqında hesabatların hazırlanması və təqdimatının olunması;
Aylıq əmək haqqı cədvəllərinin, təhvil-təslim, inventarizasiya, mal kəsrinin müəyyən edilməsi, üzləşmə və s. aktların tərtib edilməsi;
Elektron qaimə-fakturaların göndərilməsi;
Kameral uyğunsuzluq məktublarının cavablandırılması;
Şirkətin elektron informasiya sisteminin və internet bankinqinin idarə olunması;
Xüsusi sistem üzərindən formalaşdırılmış Excel mühasibalıq cədvəlləri ilə işlənilməsi və rəhbər şəxslərin həmin cədvəllərə giriş imkanına şəraitin yaradılması.